İtaliyanın sahil mühafizəsi xidmətinin gəmiləri Lampeduza adası sahillərində üzən balıqçı qayığından 539 miqrantı xilas edib.
Unikal.org "BBC"yə istinadən xəbər verir ki, şənbə günü xilasedicilər İtaliyanın sözügedən adasına bir gün ərzində rekord sayda miqrant çatdırıblar. Qayıqdakı miqrantlar arasında qadınlar və uşaqlar da olub.
Qeyd edilib ki, miqrantlar Liviyadan Araılq dənizi vasitəsilə Avropaya getməyə çalışıblar. İtaliyanın Sahil Mühafizəsinin iki gəmisi və polisin gömrük gəmisi miqrantları Lampeduzaya daşıyıb.
Adanın meri Toto Martello bunu son zamanlar "ən böyük xilasedici əməliyyatlardan biri" adlandırıb.
Onu da deyək ki, Lampeduza adası Avropaya çatmağı arzulayan insanlar üçün əsas limanlardan biridir. Adada miqrantlar üçün düşərgə var. Bura əvvəlcə 300-dək insanın yaşaması üçün nəzərdə tutulmuşdu.