Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 5 993 yoluxma halı qeydə alınıb.

Unikal.org-un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 779 927-ə, virusun törətdiyi fəsadlardan ölənlərin sayı isə 9 118 çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 5 271 nəfər, hazırkı dövrədək isə 662 158 nəfər sağalıb.