Qazaxıstanın Jambıl vilayətindəki hərbi hissənin silah-sursat anbarında daha bir partlayışı qeydə alınıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, avqustun 26-da ölkənin Jambıl vilayətində hərbi hissədə silah-sursat anbarında baş vermiş partlayış nəticəsində 13 nəfər həyatını itirib.