ABŞ-ın Dövlət katibi Antoni Blinken ABŞ-ın Əfqanıstandakı diplomatik nümayəndəliyinin bağlanması barədə bəyanat yayıb.
Unikal.org "Reuters"ə istinadən xəbər verir ki, Blinken bildirib ki, ABŞ qoşunların çıxarılmasından sonra Əfqanıstanda diplomatik missiyasını saxlamaq niyyətində deyil.
Dövlət katibi ABŞ-ın Əfqanıstanı tərk etmək istəyən vətəndaşlarına yardım göstərməyə davam etmək niyyətində olduğunu da vurğulayıb və bildirib ki, bu prosesi asanlaşdırmaq üçün xüsusi mexanizmlər var.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatları vətəndaşlarının Əfqanıstandan təxliyyəsinin avqustun 31-dək başa çatmalı olan son mərhələsinə başlayıb.
Ağarza Elçinoğlu