Rusiyada son sutkada daha 18 325 nəfər COVID-19-a yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 6 901 152 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 792 nəfər artaraq 182 429-a yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 6 162 430 nəfər sağalıb.