Bazar günü ABŞ-ın cənubundakı Luiziana ştatında güclü "İda" qasırğasının quruya keçməsindən sonra ən azı bir nəfər ölüb. 

Unikal.org "Xinhua" xəbər agentliyinə istinadən bildirir ki, bu barədə məlumatı adıçəkilən ştatın səlahiyyətliləri təsdiqləyib.  

Belə ki, Ştatın Prairieville şəhərində bir evə ağacın aşması nəticəsində 60 yaşlı kişinin hadisə yerində öldüyü qeyd olunub. 

Ağarza Elçinoğlu