İranda ötən sutka ərzində koronavirusa 33 780 nəfər yoluxub, 669 xəstə vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
İranda virusdan ölənlərin ümumi sayı 107 151 nəfər, yoluxanların sayı isə 4 960 744 nəfər təşkil edir. Virus daşıyıcılarından 7 886 nəfərin vəziyyəti ağır qiymətləndirilir. İndiyədək 4 175 405 nəfər koronavirusdan sağalıb.
İranda təxminən 26,9 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 18,5 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 8,38 milyon təşkil edir.