Dünən gecədən başlayan şiddətli yağışlar və fırtına İspaniyanın şərqində daşqınlara səbəb olub.
Unikal.org xəbər verir ki, İspaniya Dövlət Meteorologiya Təşkilatının verdiyi açıqlamaya görə, soyuq və yağışlı hava dalğasının paytaxt Madrid bölgəsi, Castilla-La Mança, Castilla, Leon və Navarranın bəzi bölgələrində daşqın və dağıntılara səbəb olub.
Bildirilib ki, Madriddə daşqınlar bəzi yeraltı keçidlərin bağlanmasına və metro xidmətinin pozulmasına yol açıb. Şəhərin çox hissəsində nəqliyyatın hərəkəti dayanıb. Daşqın sularında qalanlar vertolyotların köməyi ilə xilas edilsə də, hələlik insan tələfatı barədə məlumat verilməyib.
Vətəndaşlara evdə qalmaq çağırışı edilib.
Səlahiyyətlilər, günün ikinci yarısında İspaniyada daha çox yağışın olacağını istisna etməyiblər.
Ağarza Elçinoğlu