Pakistanın Pəncab vilayətində şiddətli yağışların səbəb olduğu təbii fəlakət və qəzalar nəticəsində ölənlərin sayı yeddiyə yüksəlib.

Unikal.org  xarici KİV-ə istinadən xəbər verir ki, onlar tavanların çökməsi və elektrik cərəyanı vurması nəticəsində həyatlarını itiriblər.

Bildirilib ki, ölənlərdən dördü uşaqdır. 30-dan çox insan isə yaralanıb.

Pəncapda elektrik enerjisinin verilişdə problemlər yaranıb, bəzi yerlərdə nəqliyyat dayanma nöqtəsinə çatıb. İctimai nəqliyyatın işi ləngiyib.

Vilayət üzrə axtarış-xilasetmə işləri davam edir.