Antalya-Vladivostok transkontinental təyyarəsi Rusiyanın Krasnoyarsk şəhərində qəza enişi edib.

Unikal.org xəbər verir ki, bu barədə "İnterfax" məlumat yayıb.

Məlumatda deyilir ki, "Boeing 767" təyyarəsi Antalyadan Vladivostoka uçurmuş və Krasnoyarsk üzərində olarkən təcili eniş əmri verilib.

İlkin məlumatlara görə, təyyarədə texniki problemlər yaranıb.

Zərərçəkənlər barədə məlumat yoxdur. Hava laynerində olan sərnişinlərin sayı dəqiqləşdirilir.