Rusiyada naməlum şəxslər tennis üzrə “Rio-2016” Olimpiya Oyunlarında qızıl və Tokio Olimpiadasında gümüş medal qazanan Elena Vesninanın evini qarət ediblər.
Unikal.org xəbər verir ki, tennisçinin özü “TASS”a bildirib ki, digər əşyaları ilə birgə hər iki Olimpiya medalı da oğurlanıb.
Onun sözlərinə görə, quldurlar evə girmək üçün qapını sındırıblar və bu zaman evin həyəcan siqnalı sönlü olub. Hadisə zamanı Elena ilə həyat yoldaşı evdə olmayıb.
İdmançıya dəyən ziyan hələ dəqiq hesablanmayıb. Elena Vesnina artıq oğurluqla bağlı polisə müraciət edib.