Əfqanıstanda hakimiyyəti ələ alan radikal "Taliban" hərəkatının silahlıları ilə Milli Müqavimət Cəbhəsinin döyüşçüləri arasında şimali Bağlan əyalətində yenidən qarşıdurmalar baş verib.
Unikal.org xəbər verir ki, bu barədə TASS -a bölgədəki mənbə məlumat verib.
"Bu səhər Bağlanın Andarab vadisinin Puli-Hisar bölgəsində "Taliban"la müqavimətçilər arasında döyüşlər yenidən başladı. İtki verən "Taliban" döyüşçüləri bölgədən geri çəkilməyə məcbur oldular",-deyə mənbə bildirib.