İspaniyanın lüks moda markası "Balenciaga" tərəfindən 1200 dollar satışa çıxarılan şalvar sosial mediada gündəm olub.
Unikal.org xəbər verir ki, lüks moda markası irqçilik ittihamları ilə üzləşib. Belə ki, "Balenciaga" tərəfindən hazırlanan "Tropme-L'oeil" boz rəngli şalvar 90-cı illərin hip-hop mədəniyyətinə aid spontan boksçu şortlarına malikdir.
Şalvar satışa çıxarıldıqdan sonra "TikTok" istifadəçilərində biri bununla bağlı tənqidi video paylaşıb. Adı açıqlamayan şəxs şalvarın irqçi dizaynda istesal olduğunu bildirib 1,6 milyondan çox baxış əldə edən videoda şəxs "Balenciaga"nı qara mədəniyyətin simvolu olan məhsulu maddi maraqları üçün istifadə etməkdə günahlandırıb.
Lakin şirkət tərəfindən irəli sürülən iddialara cavab gəlməyib.
Gülayə Mecid