ABŞ Prezidenti Co Bayden sentyabrın 24-də Avstraliyanın Baş naziri Skott Morrison, Yaponiyanın Baş naziri Yoşihide Suga və Hindistanın Baş naziri Narenda Modi ilə görüşəcək.
Unikal.org xəbər verir ki, görüş Ağ Evdə baş tutacaq.
Bildirilib ki, hər üç ölkənin lideri gələn həftə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün ABŞ-ın Nyu York şəhərinə gələcək. Daha sonra onlarla Bayden arasında görüş keçiriləcək.
Sözügedən görüşün ABŞ, Avstraliya, Yaponiya və Hindistan liderlərini bir araya gətirən ilk görüş olacağı bildirilib.
Qeyd edək ki, 4 ölkə arasında ilk əlaqələr COVID-19 pandemiyası, iqlim böhranı, Çin və açıq Hind-Sakit okeanını təşviq etmək danışıqlarından ibarət olacaq.
Ağarza Elçinoğlu