Kanada hökuməti xəstəxanalara və digər tibb müəssisələrinə aparılmalarına mane olan və koronavirus tədbirlərinə etiraz edənləri cəzalandıracaq.
Unikal.org "Reuters"ə istinadən xəbər verir ki, Baş nazir Kastin Tryudo seçkilərdə yenidən seçiləcəyi təqdirdə sözügedən cəzalandırma tədbirlərini həyata keçirməyə söz verib. Tryudo Kanada Mühafizəkarlar Partiyası əleyhdarlarını peyvənd əleyhinə hərəkatı təşviq etməkdə günahlandırıb.
Onun planına görə, xəstəxanalara, test mərkəzlərinə, apteklərə və klinikalara girişə maneə törədən nümayişçilər cinayətkar sayılacaq. Qeyd edək ki, aparılan sorğulara görə, sentyabrın 20-də ölkədə keçiriləcək seçkilərdə Tryudonun başçılıq etdiyi Liberal Partiya qalib gələ bilər.
Ağarza Elçinoğlu