Xəbər verdiyimiz kimi, Türkiyədə qırmızı bülletenlə axtarışda olan “Çiftlik Bank”ın qurucusu Mehmet Aydın ötən aylarda Braziliyada polisə təslim olub.
Unikal.org xəbər verir ki, "Tosuncuk" ləqəbi ilə tanınan Mehmet fermerleri aldadaraq, külli miqdarda pullarını mənimsədiyinə görə, hakim qarşısına çıxarılıb. Aylardır davam edən məhkəmə prosesində Mehmet Aydının 75 il həbsi istənilib.
Məhkəmədə Aydın, "Fürsət verilsə, müsadirə edilmiş əmlakımdan bütün şikayətçilərin ziyanını ödəmək istərdim", -deyərək, hakimdən bəraət verilməsini tələb edib.
Gülayə Mecid