Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirən vətəndaşlara polis zor tətbiq edib.

Unikal.org erməni KİV-ə istinadən xəbər verir ki, sakinlər İrəvan meriyası qarşısında aksiya keçiriblər. Çoxmərtəbəli binanın inşasına etiraz edən nümayişçilər küçəni bağlayıblar.

Polis zor tətbiq edərək, qadınlar da daxil olmaqla etirazçıları saxlayıb.

İnsanların etiraz etməsinə  səbəb İrəvan meriyası "Fizqorodok" ərazisində çoxmərtəbəli binanın tikintisinə icazə verməsi olub.