Acun Ilıcalı öz kanalında yayımlanan "2-ci Səhifə" verilişini qonağı olub.
Unikal.org xəbər verir ki, hər zaman diqqət mərkəzində olan Acunun bu dəfə geyimi müzakirə mövzusuna çevrilib. Belə ki, hər zaman ekranlar eyni geyim tərzində olan Acun buna aydınlıq gətirib.
TV8 kanalının rəhbəri qara "t-shirt"ləri sevdiyini bildirib:
"Ayaqqabı geyindiyimi xatırlamıram. Köynəyi ildə 15 dəfə, pencəyi 4 dəfə geyinirəm. 500 ədəd qara kofta sifariş etmişəm. Hər gün "Survivor"da "t-shirt" dəyişdirə-dəyişdirə "bunu geyindin, bu olmaz" problemləri başladı. Özümü bu cür daha rahat hiss edirəm. Bu yolla "Survivor" çəkilişlərində davamlılığı da qorumuş olduq. Çəkilişlər zamanı eyni paltarı tapmaq çətin olurdu, ya itirdi, ya kimsə səhvən yandırırdı",- deyə, Acun ifadə edib.
Gülayə Mecid