Böyük Britaniyada Ali Məhkəmə kraliça II Elizabetin əri Şahzadə Filipin vəsiyyətnaməsinin monarxiyanın heysiyyətini qorumaq üçün ən azı 90 il gizli qalmasına qərar verib.
Unikal.org xəbər verir ki, bu barədə hakim Andrey McFarlane, Şahzadə Filipin vəsiyyətinin möhürlənməsini, heç bir surətinin qeydə alınmamasını və məhkəmədə saxlanılmasını qərara aldığını açıqlayıb.
Bundan başqa, şahzadənin mirasının dəyərinin nə qədər olduğu vəsiyyətnamə təsdiqində də yer almayacaq.
Xatırladaq ki, Şahzadə Filip 99 yaşında vəfat edib.