Braziliyada ilk dəfə olaraq itlərin keçmiş sahibləri tərəfindən pis rəftar nəticəsində dəymiş mənəvi ziyana görə kompensasiya almaq hüququnu tanıyıb.
Unikal.org xəbər verir ki, bu barədə Braziliyanın Parana ştatının məhkəməsi məlumat yayıb.
Belə ki, Spayk və Rembo adlı itlər onları qanuni prosesdə təmsil edən QHT-lərlə birlikdə "iddialı tərəf" statusu alıb.
Məhkəmənin yekdilliklə qəbul etdiyi qərara əsasən onların hər biri mənəvi təzminat olaraq 2 min real (təxminən 400 ABŞ dollar) tələb edə biləcək. İş yenidən baxılması üçün birinci instansiyaya göndərilib.
Qeyd edək ki, keçən ilin avqust ayında Kaşkavel şəhərində polisə ev heyvanlarının uzun müddət baxımsız qalması barədə məlumat daxil olub. Polislər aclıqdan, qorxudan və xəstəlikdən əziyyət çəkən itləri xilas ediblər. Məlum olub ki, ev sahibləri tətilə gediblər.
Daha sonra sahiblərinə qaytarılmayan itlər, reabilitasiya və sonrakı qulluq üçün yerli heyvan mühafizə təşkilatına təhvil verilib.