Gürcüstanda son sutkada daha 2 039 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 2 192 nəfər müalicə olunaraq sağalıb.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Ötən 24 saat ərzində 56 ölüm faktı qeydə alınıb.
Hazırkı dövrədək qonşu ölkədə 591 766 nəfərdə COVID-19 aşkarlanıb. Onların 556 810-u sağalıb, 8 446-sı isə vəfat edib.
Bu günə olan aktiv xəstə sayı 26 484 nəfərdir.