“Qarabağ”ın və Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev 27 sentyabr – Anım günü ilə bağlı paylaşım edib.
Unikal.org xəbər verir ki, yarımmüdafiəçi feysbuk hesabında ötən ilin bu günü başlayan Vətən müharibəsiylə bağlı bunları qeyd edib:
“29 il sonra Qarabağa doğru ilk addım elə bu dəqiqələrdən başladı. Səhər tezdən – 06:00 radələrdində atam oyandırdı məni, “dur, müharibə başladı”. Tez oyandım və mənə ilk olaraq “tez internetdə nələr yazır, bax”, dedi… O dəqiqədən sonra yazıları əsgərlərimiz yazdı… Öz qanı ilə, canı ilə Vətən yazdılar. Əbədi olaraq yaddaşlara yazdılar. Bütün dünyaya yazdılar. Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır! Şəhidlərimizi böyük ehtiramla anırıq!”.