Ermənilər Azərbaycan mətbəxinin daha bir dadına göz dikib.

Unikal.org xəbər verir ki, "Made in Armenia" məşhur yeməyimiz olan qutabı (el arasında kətə) öz adlarına turistlərə tanıtmaq istəyiblər. 
 
"Növbəti həftəsonunu gözəl keçirmək üçün "Arsax" ideal bir hədəfdir. Onun ləzzətli mətbəxini ziyarət edin və dadını çıxarın", - deyə qeyd olunub. 

Lakin sosial aktivlər şərhlərdə qutabın Azərbaycan mətbəxinə aid olduğunu, ərazinin də "Arsax" yox, Azərbaycanın Qarabağ bölgəsi olduğunu ictimaiyyətə çatdırıblar. 

Ağarza Elçinoğlu