12 ildən sonra "Mançester Yunayted"ə geri dönən məşhur futbolçu Kriştiano Ronaldonun futboldan ayrıldıqdan sonra karyerasını hansı istiqamətdə davam etdirəcəyi bəlli olub.
Unikal.org xəbər verir ki, portuqaliya futbolçu 11 yaşlı oğlunu yaxından izləmək və onun yaxşı futbolçu olmasını təmin etmək etmək üçün "Mançester Yunayted"in azyaşlılardan ibarət komandasına rəhbərlik edəcək.
Futbolçu ulduz artıq bu barədə qərarını qətiləşdirib.
Bundan əlavə, qeyd edilib ki, Ronaldo "Mançester Yunayted"lə 2023-cü ilə qədər müqavilə bağlayıb. Çox güman ki, o, bundan sonra kariyerasını başa vuracaq.
Ağarza Elçinoğlu