Ekvadorun Guayaquil şəhərində yerləşən Litoral həbsxanasında 2 qruplaşma arasında silahlı insident yaşanıb.
Unikal.org "BBC"yə istinadən xəbər verir ki, baş verən qarşıdurmada 24 nəfər ölüb, 42 şəxs isə yaralanıb.
Şəhərin polis rəsmisi general Fausto Buenano Litoral həbsxanasında yaşanan insident nəticəsində ölənlərin sayını "Twitter" hesabında açıqlayıb.
Məlumata görə, silahlı insidentə qruplar arasında liderlik mübarizəsi səbəb olub.