Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura yekun vurulacaq.
Unikal.orgun məlumatına görə, son oyun günündə E, F, G və H qruplarında matçlar keçiriləcək.
Günün ilk görüşləri F və H qruplarında olacaq. Müvafiq olaraq, İsveçrə "Yanq Boyz"u İtaliyada "Atalanta" ilə, İsveç "Malmö"sü isə Rusiyada "Zenit"lə üz-üzə gələcək. F qrupunun digər oyununda "Mançester Yunayted" İngiltərədə İspaniya "Vilyarreal"ını qəbul edəcək.
Gecənin ən diqqətçəkən qarşılaşması İtaliyada "Yuventus"la turnirin son qalibi olan İngiltərənin "Çelsi" klubu arasında ba tutacaq. H qrupunun görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
E qrupunda İspaniya "Barselona"sı Portuqaliyada "Benfika"nı, "Bavariya" isə Almaniyada Ukraynanın "Dinamo" (Kiyev) komandasını sınağa çəkəcək.
Çempionlar Liqası
II tur
29 sentyabr
E qrupu
23:00. "Bavariya" (Almaniya) - "Dinamo" (Kiyev, Ukrayna)
23:00. "Benfika" (Portuqaliya) - "Barselona" (İspaniya)
Xal durumu: "Bavariya" - 3, "Dinamo" - 1, "Benfika" - 1, "Barselona" - 0.
F qrupu
20:45. "Atalanta" (İtaliya) - "Yanq Boyz" (İsveçrə)
23:00. "Mançester Yunayted" (İngiltərə) - "Vilyarreal" (İspaniya)
Xal durumu: "Yanq Boyz" - 3, "Atalanta" - 1, "Vilyarreal" - 1, "Mançester Yunayted" - 0.
G qrupu
23:00. "Volfsburq" (Almaniya) - "Sevilya" (İspaniya)
23:00. "Zaltsburq" (Avstriya) - "Lill" (Fransa)
Xal durumu: "Zaltsburq" - 1, "Sevilya" - 1, "Lill" - 1, "Volfsburq" - 1.
H qrupu
20:45. "Zenit" (Rusiya) - "Malmö" (İsveç)
23:00. "Yuventus" (İtaliya) - "Çelsi" (İngiltərə)
Xal durumu: "Yuventus" - 3, "Çelsi" - 3, "Zenit" - 0, "Malmö" - 0
Qeyd edək ki, qrup mərhələsində II turun digər 8 görüşü ötən gün oynanılıb.