Beynəlxalq Kosmik Stansiyada (BKS) ilk bədii filmi çəkəcək rusiyalı çəkiliş heyəti stansiyaya çatıb.
Unikal.org xəbər verir ki, kosmonavt Anton Şkaplerovun müşayiəti ilə rejissor Klim Şipenko və aktrisa Yuliya Peresild bu gün səhər saatlarında Qazaxıstanın Baykonur kosmodromundan BKS-ə yola düşüb,
Bir neçə saatlıq uçuşdan sonra "Soyuz MS-19" daşıyıcısı stansiyanın "Rassvet" moduluna birləşib. Yaxın saatlarda kosmonavtla birgə çəkiliş heyəti BKS-ə daxil olacaq.
Qeyd edək ki, kosmosda "Çağırış" adlı filmin çəkilişləri aparılacaq. Çəkiliş heyətinin oktyabrın 17-də Yerə qayıtması planlaşdırılır.