Yaponiyanın Honşu adasının sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri Haçinohe şəhərindən 77 kilometr cənub-şərqdə, ocağı isə 53 kilometr dərinlikdə yerləşib.
Mümkün itkilər və dağıntılar, həmçinin, sunami təhlükəsi barədə məlumat verilməyib.