"Tesla" avtomobil şirkəti işçisini təhqir etdiyinə görə 137 milyon dollar təzminat ödəməli olacaq.
Unikal.org xəbər verir ki, Fresno fabrikində çalışan qaradərili işçi irqi ayrı-seçkiliyə məruz qalıb. O, bununla bağlı məhkəməyə müraciət edib.
San-Fransisko federal məhkəməsi, 2015-2016-cı illərdə fabrikdə işləyən Oven Diazın iş yerində irqi düşmənçiliyə məruz qaldığını təsbit edib. Diaz məhkəmədə hətta təcavüzə də məruz qaldığını bildirib.
Bundan sonra məhkəmə qərarına əsasən, "Tesla"nın Diaza 137 milyon dollar dəyərində təzminat ödəyəcəyini bildirib.
Qeyd edək ki, şirkətin baş icraçı direktoru İlon Maskdır.
Gülayə Mecid