Ermənistanda son sutka ərzində daha 1155 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org  xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 267 363 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 21 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 5440-a yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1221 nəfərdir. Aktiv xəstələrin sayı 14 193 nəfər təşkil edir.