Ərzurumun Şenkaya mahalında, 70 yaşlı qadın gələn qaz qoxusunun yerini alışqanla axtarmağa çalışıb.
Unikal.org xəbər verir ki, qadın alışqanı yandıran kimi partlayış baş verib və nəticədə 70 yaşlı Güllü Gökçe ciddi yanıq xəsarətləri alıb.
Əlləri və üzü yanan qadın yaxınları tərəfindən Ərzurum şəhər xəstəxanasının Yanıq Müalicə Bölməsinə gətirilib.
Ağarza Elçinoğlu