"Nikol Paşinyan hər dəfə parlamentə girəndə Alen Simonyandan mənim necə davranacağımı soruşur".
Unikal.org erməni KİV-ə istinadən xəbər verir ki, bunu "Hayastan" fraksiyasının millət vəkili Qegam Nazaryan jurnalistlərlə söhbətində deyib.
O, bir dəfə Simonyanla görüşdüyünü və bu məsələni müzakirə etdiyini açıqlayıb: "Simonyana vəhşi olmadığımı və heç kimə hücum etməyəcəyimi söylədim".
Qeyd edək ki, Qegam Nazaryanın oğlu 2020-ci ildə Qarabağda həlak olub.
Gülayə Mecid