Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında görüş başlayıb.

Unikal.org xəbər verir ki,  Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilən görüşün protokol hissəsində nazirlər çıxış ediblər.

İran XİN rəhbəri bildirib ki, İranın yeni hökumətinin mehriban qonşuluq siyasətində Rusiya ilə münasibətlər prioritet təşkil edir.