Almaniyada türklərin və müsəlmanların yaşadığı Köln şəhərində cümə günləri günorta azanının səsucaldan vasitəsilə oxuna biləcəyinə qərar verilib.
Unikal.org xəbər verir ki, bu barədə Köln şəhər Bələdiyyə Başçısı Henriett Reker məlumat verib. Onun sözlərinə görə, bu istiqamətdəki istəklər əsasında 2 illik pilot layihə çərçivəsində müəyyən qaydalar çərçivəsində şəhərlərdə azan oxuya biləcək.
Konstitusiya ilə qorunan din azadlığına toxunan Reker, sözügedən layihənin "dinin qarşılıqlı qəbulunun əlaməti" olduğunu bildirib:
"Müsəlman vətəndaşlarımız şəhərimizin ayrılmaz bir hissəsidir. Şəhərimizdəki kilsə zənglərinin yanında azanı eşitmək Kölndə müxtəlifliyin dəyər verildiyini və burada müxtəlifliyin yaşandığını göstərir.
Qeyd edək ki, Köln Almaniyanın ən böyük şəhəridir və Almaniyada 900-dən çox məscid var.
Ağarza Elçinoğlu