Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən Azərbaycan - İrlandiya oyunu başa çatıb.
Unikal.org-un məlumatına görə, norveçli baş hakim Espen Eskasın idarə etdiyi oyunun ilk hissəsində irlandiyalı Kallum Robinson dubl edib - 2:0. Qonaqların heyətində üçüncü qolu Çidozi Oqbene (90-ci dəqiqə) vurub.
Millimizin yer aldığı A qrupunda Portuqaliya millisi 13 xalla birinci, Serbiya seçməsi 11 xalla ikinci, Lüksemburq 6 xalla üçüncü pillədə qərarlaşıb. İrlandiya seçməsi 2 xalla dördüncü, hesabında 1 xal olan millimiz isə sonuncu pillədə yer alıb.
***21:45
Azərbaycan və İrlandiya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda VAR sistemindən istifadə olunub.
Unikal.org xəbər verir ki, görüşün baş hakimi Espen Eskas Mahir Emreli ilə rəqib müdafiəçi arasında ikili mübarizə zamanı penalti olub-olmamasını dəqiqləşdirmək məqsədilə VAR-a müraciət edib.
Epizodun təkrarını izləyən referi qarşılaşmanı davam etdirib.
Qeyd edək ki, hazırda matçda 2-ci hissə oynanılır və qonaqlar hesabda öndədir - 2:0.
***20:50
Azərbaycan və İrlandiya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda ilk hissə başa çatıb.
Unikal.org-un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv fasiləyə məğlub yollanıb - 0:2.
***20:20
Xəbər verdiyimiz kimi, 2022-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin qonağı olan İrlandiya yığmasının futbolçuları matçı başlayıb.
Unikal.org-un məılunmatına görə, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada ilk hissə oynanılır və hesab qonaqların xeyrinədir - 1:0.
***20:05
Bakıda Azərbaycan və İrlandiya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu başlayıb.
Unikal.org xəbərverir ki, Bakı Olimpiya Stadionunda keçirilən görüş saat 20:00-da start götürüb.
Qarşılaşmanı Norveçdən olan FIFA referisi Espen Eskas idarə edir.
19:39
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində qarşılaşacaq Azərbaycan və İrlandiya milli komandalarının start heyətəri açıqlanıb.
Unikal.org xəbər verir ki, Bakıda baş tutacaq oyunda komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 4. Höccət Haqverdi, 5. Maksim Medvedev, 7. Namik Ələskərov, 8. Emin Mahmudov, 17. Toral Bayramov, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 3. Azər Salahlı, 6. Vüqar Mustafayev, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Murad Xaçayev, 15. Tellur Mütəllimov, 16. Anatoli Nuriyev, 20. Mert Çelik, 21. Araz Abdullayev, 22. Rəhim Sadıxov.
Baş məşqçi: Canni De Byazi
İrlandiya: 1. Gevin Bazunu, 2. Mett Doerti, 4. Şeyn Daffi, 5. Con İqan, 6. Joş Kullen 7. Kallum Robinson, 9. Adam İdah, 11. Ceyms Makkleyn, 13. Ceff Hendrik, 15. Deril Horqan, 22. Endryu Omobamidele
Ehtiyat oyunçular: 16. Kuivin Kelleher, 23. Mark Travers, 3. Enda Stivens, 8. Konor Hurihan, 10. Troy Perrot, 12. Neytan Kollinz, 13. Sayrus Kristi, 17. Harri Arter, 18. Ceymi Makqrat, 19. Ceyms Kollinz, 20. Çidozi Oqbene, 21. Aron Konnolli
Baş məşqçi: Stiven Kenni
Görüş saat 20:00-da start götürəcək
***18:39
Bu gün Azərbaycan millisi Dünya Çempionatı-2022-nin seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Unikal.org xəbər verir ki, komandamız “A” qrupundakı 6-cı matçında İrlandiya yığması ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.
Qrupun digər oyununda isə Lüksemburq Serbiya ilə üz-üzə gələcək.
20:00. Azərbaycan – İrlandiya
Hakimlər: Espen Eskasa, Kim Tomas Haqlund, Oystein İtterland, Kay Erik Stin (hamısı Norveç) Bakı Olimpiya Stadionu.
22:45. Lüksemburq – Serbiya