Ağdaşda maşın ikinci sinif şagirdini vuraraq öldürüb.

Unikal.org xəbər verir ki hadisə Yuxarı Nemətabad kəndində baş verib.

Evinin önündə oynayan 2012-ci il təvəllüdlü kənd sakini Əbilov Yusif Mehman oğlunu "VAZ 2106" markalı maşın vuraraq ölümcül yaralayıb.

Xəstəxanaya çatdırılan yaralı uşağı xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma başlanıb.Qeyd edək ki Yusif Əbilov ikinci sinif şagirdidir.

E.Muradlı