Polis əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb.
Unikal.org xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib. Onun sözlərinə görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Toğrul Mədətli xidmətdən kənar vaxtı elektirik cərəyanı vurması nəticəsində vəfat edib.
Elektrik cərəyanı vurması nəticəsində ölüm faktı ilə əlaqədar araşdırmalar aparılır.