İranda ötən sutka ərzində 222 nəfər koronavirusdan (COVID-19) ölüb. 

Unikal.org xəbər verir ki, gün ərzində yoluxanların sayı isə 11 min 256 nəfərə çatıb. 

Bununla da İranda bu virusdan ölənlərin sayı 122 592 nəfərə, yoluxanların sayı isə 5 702 890 nəfərə çatıb. Virus daşıyıcılarından 5 304 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, İranda indiyədək 5 217 999 nəfər koronavirusdan sağalıb, 33,2 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 64,4 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 45,1 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 19,3 milyon təşkil edir.