Qazaxıstanın Jambıl vilayətindəki silah-sursat anbarında növbəti dəfə partlayış baş verib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, hadisə yerli vaxtla saat 7:20-də Jambıl əyalətinin Sarıkemer kəndindəki mühəndis-sursat anbarı ərazisində qeydə alınıb. 

Bildirilib ki, daha əvvəl yanğın zamanı zədələnmiş təhlükəli maddə partlayıb.

"Hadisə zamanı ərazidə heç kim olmayıb. Bina və tikililərə ziyan dəyməyib. Bölgədə vəziyyət sabitdir. Anbar ərazisində sursatların nəzarət altında məhv edilməsi həyata keçiriləcək, - deyə nazirliyin mətbuat xidməti bildirib.

Qeyd edək ki, həmin vaxt Jambil vilayətinin Bayzak rayonunun Kainar kəndi yaxınlığındakı hərbi hissədə anbarlardan birinin yaxınlığında yanğın, ardınca səbəbləri sonradan müəyyən edilən partlayışlar baş vermişdi. Partlayış nəticəsində 17 nəfər ölüb. Müdafiə Nazirliyinin itkin düşmüş bir əməkdaşının axtarışı hələ də davam edir.