Bazar günü Yəmənin Ədən şəhərində minalanmış avtomobilin partlaması nəticəsində 5 nəfər ölüb.

Unikal.org "TASS"a istinadən xəbər verir ki, ölənlərin hamısı mülki şəxslərdir. 

Partlayışda daha 5 nəfərin yaralandığı bildirilib. 

Məlumata görə, bomba yüklü avtomobil şəhər rəhbərliyinin kortejini hədəf alıbmı. Avtomobil Ədənin mərkəzindəki Təvahi rayonunda partladılıb. 

Qubernatorun hədəf alındığı hücumda vəzifəlilərin heç biri yaralanmayıb. 

Ağarza Elçinoğlu