İordaniyada nazirlər hökumətdə gözlənilən dəyişiklikdən öncə istefa verib.
Unikal.org xəbər verir ki, nazirlər istefalarını Baş nazir Bişr əl-Hasanveyə təqdim ediblər.
Gözlənilən dəyişikliklərin hansı nazirlikləri ehtiva edəcəyi və zamanı ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, bu, ötən ilin oktyabrında qurulan Hasanve hökumətində dördüncü dəyişiklik olacaq.