Oktyabrın 1-də həbs olunaraq Gürcüstanın Rustavi şəhərindəki həbsxanada saxlanılan ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin vəziyyəti pisləşib.
Unikal.org xəbər verir ki, bu barədə onun şəxsi həkimi Nikoloz Kipşidze türmədə ona baş çəkəndən sonra bildirib.
Həkim deyib ki, M.Saakaşvilidə talassemiya xəstəliyi var:
"Bu qan xəstəliyi olan zaman heç bir aclıq olmamalıdır... Mişa daha da ağır yeriyir, danışmaqda çətinlik çəkir, durumundan narahatlıq keçirir".
Bildirilib ki, M.Saakaşvili artıq 10-cu gündür aclıq aksiyası keçirir.
Qeyd edək ki, oktyabrın 8-də Gürcüstanın Xüsusi Pentensiar Xidməti M.Saakaşvilinin aclığı dayandırdığını, bal və təbii şirələr qəbul etdiyini bildirmişdi.