Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ermənistanlı həmkarı Nikol Paşinyanla dünən baş tutan görüş zamanı yeni sülh təşəbbüsü barədə müzakirələr aparıb.
Unikal.org xəbər verir ki, bu barədə Qaribaşvili özünün "Twitter" səhifəsində məlumat verib.
O, görüşün məhsuldar keçdiyini bildirib:
"Biz ikitərəfli əməkdaşlıq, Cənubi Qafqazda yeni sülh təşəbbüsünü və bölgədə davamlı sülh və inkişafa böyük imkanlar yaratmaq üçün Gürcüstanın fəal vasitəçiliyə hazır olmasını müzakirə etdik".
Onu da deyək ki, Qaribaşvili İrəvana səfər etməmişdən əvvəl Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.