ABŞ-ın Havay əyalətinin Böyük Adası yaxınlığında 6,2 bal gücündə zəlzələ baş verib
Unikal.org xəbər verir ki, ABŞ Geoloji Araşdırma Təşkilatının (USGS) açıqlamasına görə, zəlzələ, Havayının cənubundakı Böyük Adadakı Naalehu bölgəsindən təxminən 27 kilometr cənubda meydana gəlib.
Havay Nəqliyyat Departamenti, zəlzələ səbəbiylə hava limanlarında, körpülərdə və limanlarda heç bir ziyan olmadığını söyləyib.
Paytaxt Honolulu Milli Meteorologiya Xidməti də zəlzələdən sonra sunami təhlükəsi olmadığını açıqlayıb.