Türkiyəli qadın Rumeysa Gelgi "Ginnes"in rekordlar kitabına düşüb.
Unikal.org xəbər verir ki, bu barədə "Ginnes"in rəsmi saytı məlumat yayıb. Rumeysanın kitaba düşməsinə səbəb onun boyunun 215,16 sm olmasıdır. O hazırda dünyada yaşayan ən uzun qadını kimi tanınır.
Qeyd edək ki, bu Rumeysanın "Ginnes"in Rekordlar Kitabına düşməsi ilə bağlı ikinci rekordudur. O 2014 -cü ildə 18 yaşında ikən ən uzun boylu yeniyetmə qız kimi də tanınmışdı.