Abşeron rayonunun Masazır qəsəbəsində səkkizmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 63 m² olan mənzilin (təmir olunur) eyvanında qaz sayğacı, pəncərə çərçivəsi və istifadəyə yararsız tikinti materialları 4 m² sahədə yanıb.

Unikal.org FHN-in saytına istinadən xəbər verir ki, mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.