Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sında növbəti qolunu vurub.
Unikal.org xəbər verir ki, 24 yaşlı hücumçu Varşava təmsilçisinin gənclər komandası ilə yoxlama matçında fərqlənib.
Forvard 16-cı dəqiqədə görüşdə hesabı açıb. Onun 24-cü dəqiqədə başla vurduğu topu isə qapıçı çətinliklə dəf edib.
Qarşılaşma əsas komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Mahir Emreli "Legiya"da rəsmi oyunlarda 10 dəfə rəqib qapılarına yol tapıb.