"Bavariya"nın hücumçusu Robert Levandovski tezliklə klubu tərk edə bilər.
Unikal.org "AS"a istinadən xəbər verir ki, 33 yaşlı futbolçu Münhen təmsilçisindən ayrılmağı düşünür.
Levandovski "Bavariya" rəhbərliyindən onu "Real"a buraxmasını xahiş etmək istəyir.
Polşalı hücumçunun Münhen klubu ilə hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır. Qeyd edək ki, polşalı futbolçu bu mövsüm Almaniya Bundesliqasında 7 oyunda 7 qol vurub.