Ermənistanın "Şirak" komandasının futbolçusu Lernik Kazaryan dünyasını dəyişib.

Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, gənc oyunçu müalicə aldığı xəstəxanada ölüb.

O, sentyabrın 5-də baş vermiş avtomobil qəzasından sonra komaya düşmüşdü.

Qeyd edək ki, Kazaryan 44 günlük müharibə zamanı işğalçı Ermənistan ordusunun sıralarında olub.