Almaniya Bundesliqasının VIII turunda "Bayer"lə qarşılaşan "Bavariya" 5:1 hesablı qələbə qazanıb.

Unikal.org-un məlumatına görə, bu nəticə Münhen klubu üçün əlamətdar olub.

İlk 8 turda ümumi qollarının sayını 29-a çatdıran Yulian Naqelsmannın yetirmələri Bundesliqa rekordunu təkrarlayıb. Komanda 1976/77 mövsümündə də eyni göstəriciyə imza atmağı bacarıb. Bununla "Bavariya" 45 illik rekordunu təkrarlayıb.

Qeyd edək ki, son çempion növbəti turda "Hoffenhaym"la qarşılaşacaq.